Somalinin paytaxtı Moqadişoda partlayış törədilib.

Metbuat.az xəbər verir ki, terrorçular Afrika Birliyinin Somali üzrə sülh missiyasının avtomobil karvanını hədəfə alıb. Nəticədə 8 nəfər həlak olub. 23 yaralı var.

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməsə də, terror aktının Əş-Şəbab qruplaşması tərəfindən törədildiyi güman edilir.