Teymur Rəcəbov Rusiyanın məşhur Xalq artistinin nəvəsi ilə nişanlandı -

Azərbaycanlı şahmatçı Teymur Rəcəbov nişanlanıb.

Metbuat.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, şahmatçı Rusiyanın məşhur Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova ilə nişanlanıb.

Bu haqda qrossmeysterimiz şəxsi instaqram hesabında məlumat paylaşıb. O, Anna ilə fotolarını paylaşaraq onunla nişanlandığını qeyd edib.

Xatırladaq ki, şahmatçı 2011-ci ildə Elnarə Nəsirli adlı xanımla ailə həyatı qurmuşdu. Onların 2013-cü ildə bu evlilikdən Məryəm adlı övladları doğulmuşdu.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR