Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsi sazişi imzalandı

Aşqabadda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə toplantısı çərçivəsində Azərbaycan, İran və Türkmənistan arasında təbii qaz mübadiləsi ilə bağlı saziş imzalanıb.

Metbuat.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, müqavilənin imzalanma mərasimi Azərbaycan Prezidenti İlham Əliyevin, İran Prezidenti İbrahim Rəisinin, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə keçirilib.

Müqaviləyə əsasən, Türkmənistandan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək təbii qaz göndəriləcək.

Müqavilənin icrasına dekabrın 22-dən etibarən başlanılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR