AFFA İcraiyyə Komitəsi Canni De Byazi ilə bağlı QƏRARINI VERDİ -

Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Metbuat.az xəbər verir ki, verilən qərara əsasən, Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə müqavilə müddəti 2022-ci il oktyabr ayına qədər uzadılıb. Məşqçi növbəti bir ay ərzində 10 aylıq hazırlıq planını AFFA-ya təqdim etməlidir.


10:18

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Metbuat.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Azərbaycan milli komandasının baş məşqçisinin hesabatının dinlənilməsi və baş məşqçi məsələsi ilə bağlı müzakirə

2. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatların müzakirəsi (Texniki direktor Cahangir Həsənzadə tərəfindən təqdimat)

3. AFFA tərəfindən Gəncədə Futbol Akademiyasının inşasının təsdiqi

4. Bölgələrdə futbol klublarına dəstək fondunun təsis olunması

5. Digər məsələlər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR