İkinci İraq ssenarisi:

"Heç kəsə sirr deyil ki, hazırda taliblərin əlində ABŞ-a məxsuz kifayət qədər texnika və silah var. Bu da realdır ki, rəsmi Vaşinqton bu və ya başqa formada taliblərə bu gün də dəstək verir. "Taliban”ın İrana hücumu səbəbsiz deyil. Aydın məsələdir ki, bu hücumun arxasında ABŞ faktoru var"

Bu fikirləri siyasi şərhçi Turan Rzayev Metbuat.az-a açıqlamasında deyib. Müsahibimiz bildirdi ki, taliblərin Vaşinqtonun dəstəyi olmadan İrana hücum etməsi real deyil.


"İndiki halda bu hücüm Vaşinqtonun sifarişi ilə planlı və məqsədlidir. Vaşinqton "Taliban”la İranı qarşı-qarşıya gətirərək rəsmi Tehranı Əfqanıstana müdaxiləyə məcbur etmək istəyir. Əgər "Taliban” həqiqətən İrana məxsus sərhəd məntəqələrini ələ keçiribsə, rəsmi Tehran gec-tez bu məntəqələri geri alacaq. Əgər ələ keçirməyibsə, gərginlik yenidən alovlana bilər. Məsələ ondadır ki, həm Əfqanıstana, həm də İran ayrı-ayrılıqda müdafiə müharibələrində yenilməz bir ölkədir. Bu ölkələr yerləşdikləri coğrafiyanın bütün təbii üstünlüklərini maksimum istifadə edə bilir. Digər tərəfdən, hər iki ölkə ehtimal edilən müdafiəyə qarşı dini idelogiyadan istifadə edə biləcək ölkələrdir. Yaxın keçmişdə İraq-İran müharibəsi və SSRİ-nin Əfqanıstana müdaxiləsi buna nümunə ola bilər".

Turan Rzayev mühüm bir məsələyə toxunaraq bildirdi ki, prinsip etibarilə, Əfqanıstan bataqlığında ağır məğlubiyyətə uğrayan ölkələrdən biri də məhz ABŞ-dır. Çünki rəsmi Vaşinqton Talibanı İran ərazisinə müdaxilə etdirərək Tehranı Əfqanıstana müdaxiləyə məcbur etmək istəyir.

"Qeyd etdiyim kimi, ABŞ bununla onsuz da sanksiyalardan beli bükülən və ağır iqtisadi böhran yaşayan Tehranı iqtisadi və hərbi baxımdan tam çökdürməyi düşünür. Bundan başqa, belə bir müdaxilə beynəlxalq ictimayətin reaksiyasını çəkə və anti İran koalisiyasının yaranmasına səbəb ola bilər. ABŞ bunu bir dəfə İraqda Səddam Hüseynə qarşı edib. Vaşinqton İraqa müdaxilə etmədən öncə İraq-İran müharibəsi yaratmış, Səddamın öz gücünü tükətməsini gözləmiş, sonda isə bu ölkəyə müdaxilə etmişdi. Görünür, ABŞ vaxtilə İraqa etdiyini indi də İrana etmək istəyir".

Bəs İrana hücum etməkdə "Taliban”ın marağı nədir?

" "Taliban” bu addımı ilə beynəlxalq mənfi imicini müsbətə çevirmək istəyir. Taliban İranı öz üzərinə çəkərək həm sünni müsəlman ölkələrinin, həm də Qərbin dəstəyini qazanmaq, bu yolla da həm də Əfqanıstanın leqal hakimiyəti olduğunu qəbul etdirmək istəyir. Yəni mövcud gərginlik davam edəcəyi təqdirdə prosesi sunni-şiə qarşıdurması fonunda təqdim etmək və Talibanı məzlum olaraq göstərmək, onun mənfi imicini müsbətə çevirə bilər. Onu da deyim ki, ABŞ bunu bir dəfə YPG, PYD ilə edib. Vaşinqton qeyd olunan kürd terror biləşməsinidə İŞİD-lə mübarizəsi fonunda qəhrəman elan edərək Qərbdə imicini artırmışdı. Rəsmi Tehranın Vaşinqtonun tələsinə düşüb-düşməyəcəyini isə hər halda zaman göstərəcək" deyə Turan Rzayev fikirlərini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR