"Omikron" ştammı ölkəmizdə yayılmasa, yoluxmada vəziyyət stabil qalacaq -

Fəsillərin dəyişməsi koronavirusa dövrü yoluxma dalğasının güclənəcəyi qorxusunu artırır.

Metbuat.az xəbər verir ki, bunu Trend-ə infeksionist-hepatoloq Mərdan Əliyev deyib.

O bildirib ki, yeni "omikron" ştammı dünyada sürətlə yayılmaqdadır.

"Havalar soyuyanda insan orqanizmində dəyişikliklər baş verir, daha az Günəş şüası qəbul olunur, immunitet zəifləyir. Bunlar da virusun geniş yayılmasına şərait yaradır. Havalar soyuduğu üçün insanlar evlərinə daha çox qapanırlar, virusun yayılma səbəblərindən biri də budur. Lakin "omikron" ştammı ölkəmizdə yayılmasa, koronavirusa yoluxmada vəziyyət stabil qalacaq", - həkim deyib.

M.Əliyev bildirib ki, koronavirusa yoluxmalarda əvvəlki alovlanmalar gözlənilmir.

"Koronovirusa yoluxmayanlara tövsiyəm budur ki, peyvənd olunsunlar. İkinci növbədə isə maskadan mütləq şəkildə düzgün istifadə etmək lazımdır. Maska istifadəsi ilə yanaşı, sanitariya-gigiyena qaydalarına əməl olunmalıdır. Hər kəs özünü fərdi şəkildə qorumalıdır", - deyə ekspert qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR