Mahir Emreli "Legiya"dan ayrılır -

Mahir Emreli mövsümün sonunda "Legiya"dan ayrıla bilər.

Metbuat.az "efotbal.cz"a istinadən xəbər verir ki, Çexiyanın "Slaviya" klubu Emreli ilə yaxından maraqlanır. Qeyd olunur ki, "Legiya" hazırkı çətin vəziyyətdən çıxa bilməsə, avrokuboklarda mübarizəni dayandırsa, azərbaycanlı futbolçu Polşadakı karyerasını bitirəcək.

Qeyd edək ki, bu ilin yayından "Legiya"nın formasını geyinən Mahir Emrelinin klubla 2024-cü ilin iyununadək müqavilə imzalayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR