Ata həbsdə olan oğluna narkotik ötürməyə cəhd etdi

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Metbuat.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Naib Namiq oğlu Əliyevə atası Gəncə şəhər sakini Namiq Firuddin oğlu Əliyev tərəfindən gətirilən sovqata baxış keçirilib.

Yoxlama zamanı orada olan ayaqabının içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 1,935 qram olan narkotik vasitə heroin aşkar edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR