Poroşenko müharibə istəyir

Poroşenko müharibə istəyir
08:16 19 Yanvar 2015
201 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna prezidenti Petro Poroşenko Rusiya prezidentinin ötən həftə təklif etdiyi sülh planını rədd edib.

ANS PRESS-in məlumatına görə, bu barədə mətbuat üçün açıqlamanı Vladimir Putinin sözçüsü Dmitry Peskov verib.

Peskov deyib ki, Putinin ötən cümə axşamı məktubla göndərdiyi təkliflərə görə cənub-şərqi Ukraynada hökumət qoşunları və yaraqlılar arasında atəşkəs elan edilməli, ağır artilleriya təmas xəttindən geri çəkilməli idi.

Putinin məktubunun tam mətni Rusiyanın NTV telekanalının internet saytında dərc olunub.

Bu arada Ukrayna qoşunları son həftələrdə itirilmiş Donetsk hava limanını qiyamçılardan geri ala biliblər.

Ukrayna hərbçiləri son əməliyyatlar nəticəsində separatçıların istehkamı olan Donetsk şəhərinə yaxınlaşıblar.

Ukrayna prezidenti Petro Poroşenko bazar günü Kiyevdə keçirilən dinc yürüşün iştirakçıları qarşısında etdiyi çıxışında deyib ki, Ukrayna bir qarış torpağından da keçməyəcək.

“Biz Donbası geri alacağıq” – deyə prezident bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR