“Günəşli” yatağının kəşfçilərindən biri vəfat etdi

Geologiya-mineralogiya elmləri doktoru, professor, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi Fərid Dadaşov vəfat edib.

Metbuat.az xəbər verir ki, alim bu gün dünyasını dəyişib.

1930-cu il təvəllüdlü F.Dadaşov 1957-ci ildən AMEA-nın Geologiya və Geofizika İnstitutunda işləyib.

Azərbaycanın geoloji ictimaiyyəti Fərid Dadaşovu neft-qaz geologiyası, təbii qazların geokimyası və faydalı qazıntıların geokimyəvi axtarışı üsullarının işlənilməsi sahəsində görkəmli alim kimi tanıyırdı.

Cənubi Xəzərdə bir sıra iri neft, qaz və qaz-kondensat yataqlarının açılması ilə onun proqnozları təsdiqlənmişdi. O, “Günəşli” dəniz neft yatağının ilk kəşfçilərindən biri idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR