"Pul nişanına hörmətsizlik edən şəxs müəyyən olunaraq, polis orqanına çağırılıb".
Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, paytaxt sakini Etibar İskəndərovla profilaktiki söhbət aparılmaqla, bu əməlin neqativ hərəkət olması onun diqqətinə çatdırılıb: "O, bu əməlindən peşiman olduğunu deyib, sosial şəbəkələrdə yayılan həmin görüntülərlə görə üzrxahlıq edib".
Qeyd edək ki, gənc oğlanın bir manatlıq əsginasa tüpürərək, ödəniş terminalına daxil etməsi görüntüləri sosial şəbəkələrdə yayılıb. Gəncin bu hərəkəti sərt tənqid edilib.