UEFA Şahruddini fərqləndirdi -

UEFA Konfrans Liqasında çıxış edən klubların 4 qapıçısı fərqləndirilib.

Metbuat.az xəbər verir ki, onlardan biri də "Qarabağ"ın qolkiperi Şahruddin Məhəmmədəliyevdir.

"Dörd əla qurtarış, hansını bəyəndiniz? sualı ünvanlandığı postda 26 yaşlı oyunçu ilə yanaşı Danimarka "Kopenhagen"indən Kamil Qrabara, Sloveniya "Mura"sından Marko Zalokar və Almaniyanın "Union" komandasından Frederik Rönnovun "seyv"ləri də yer alıb.

Qeyd edək ki, Konfrans Liqasının "Qarabağ" "Bazel" matçı 0:3 hesablı ilə bitib. Bununla da, Ağdam təmsilçisi qrupda ikinci pillədə qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR