Sumqayıt sakini elektrik dirəyinə çıxaraq intihar etmək istəyib

Sumqayıt şəhərində 1 nəfər elektrik dirəyinə çıxaraq intihar etmək istəyib.

Metbuat.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, FHN-in Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR