Xankəndiyə dəmiryolu xəttinin çəkilməsi planlaşdırılır

“Ağdama və sonra da Xankəndi istiqamətində dəmiryol xəttinin çəkilməsi planlaşdırılır”.

Metbuat.az trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, Şuşa istiqamətində də layihələndirmə işləri gedir.

"Amma tikinti işlərinə nə zaman başlanılacağını deyə bilmərəm. Nə zaman qərar verilsə, ondan sonra işlərə başlanılacaq", - deyə o bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR