Rusiyadan acı xəbər: Partlayış törədildi - Çox sayda yaralı var /

Rusiyanın Moskva vilayətindəki Serpuxov şəhərində partlayış baş verib.

Metbuat.az “Ria novosti”yə istinadən xəbər verir ki, hadisə Vvedenski monastırının yerləşdiyi ərazidə qeydə alınıb. Hadisə zamanı azı 7 nəfərin yaralandığı bildirilir. Məlumata görə, partlayışa partlayıcı qurğunun işə düşməsi səbəb olub.

Hələlik polis hadisə barədə məlumat verməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR