eBay hərracında Azərbaycan ərazisində Kür və Araz çayları əks olunan rəsmlər satışa çıxarılıb

eBay hərracında Azərbaycan ərazisində Kür və Araz çayları əks olunan rəsmlər satışa çıxarılıb
09:23 30 May 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 30 may, AZƏRTAC
İnternet vasitəsilə alış-veriş həyata keçirilən eBay hərracında Azərbaycan ərazisində Kür və Araz çayları əks olunan rəsmlər satışa çıxarılıb.
AZƏRTAC xəbər verir ki, rəsmlər 1714-cü ilə aid edilir. Bu gün hərraca çıxarılan rəsmlərin başlanğıc qiyməti 9,99 dollar müəyyən olunub və 11,50 dollara satılıb.
Əsərin müəllifi Niderland rəssamı və səyyahı Kornelis de Bryuindir. 1652-1727-ci illərdə yaşamış rəssam Şərqə doğru iki böyük səyahət edib və özünün çəkdiyi rəsmlərdən ibarət olan iki kitab dərc etdirib. Bu kitablarda Rusiya, Azərbaycan, İran, Hindistana və digər ölkələrdə çəkdiyi rəsmlər əks olunub.
Satışa çıxarılan rəsmlərin orijinal olduğu bildirilir. Əsərlər hərracda İtaliyanın antik kitab və xəritə satışı ilə məşğul olan şirkəti tərəfindən yerləşdirilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/eBay_herracinda_Azerbaycan_erazisinde_Kur_ve_Araz_chaylari_eks_olunan_resmler_satisa_chixarilib-859311

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR