Ruslan Qurbanov oynadı, "Hayduk" heç-heçə etdi

Ruslan Qurbanov oynadı, "Hayduk" heç-heçə etdi
10:32 30 May 2015
23 İdman
Ölkə mətbuatı
A- A+

Xorvatiya çempionatında 36-ci turun oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, milli komandamızın üzvü Ruslan Qurbanovun şərəfini qoruduğu "Hayduk" klubu  səfərdə "RNK Split"in qonağı olub. 

Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.  R.Qurbanov start heyətdə meydana daxil olub. Fasiləyə məğlub yollanan "Hayduk" ikinci hissədə  meydana Qurbanovun yerinə daxil olan Malokunun 49-cu dəqiqədə vurduğu qolla hesabı bərabərləşdirib.

Qeyd edək ki, 36 turdan sonra aktivində 50 xalı olan "Hayduk" turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/347310.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR