Dini klip çəkilən məktəbin rəhbərliyi

Təhsil naziri məktəbdə dini klipin çəkilməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, Emin Əmrullayev bildirib ki, məktəbdə kliplərin məzmunundan asılı olmayaraq çəkilməsi qaydalara ziddir:

“Bu hadisə bazar günü olmuşdu. Valideynlər də bu prosesdə iştirak etmişdi. Baş verən hadisə barədə məktəb rəhbərliyi barədə intizam tədbiri görülüb”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)