İqtisadi Zonaların İnkişafı Agentliyinin nizamnamə kapitalı 61 milyon manata yaxın olacaq

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Metbuat.az xəbər verir ki, fərmana əsasən, Agentliyin nizamnamə fondu 60,500 milyon manat təşkil edir və aşağıdakı mənbələr hesabına formalaşdırılır:

- 60 milyon manat - ölkə prezidentinin 13 mart 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün Agentliyin nizamnamə kapitalının artırılması üçün müəyyən edilmiş vəsait hesabına;

- 500 min manat - “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nizamnamə kapitalı hesabına.

Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməli, Maliyyə Nazirliyi fərmanda nəzərdə tutulan maliyyələşməni təmin etməli, İqtisadiyyat Nazirliyi Agentliyin strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR