Türk PUA-ları rus texnikalarını "oturan ördəyə" çevirdi: Rusiya Türkiyəyə məğlub oldu -

“Rusiya və Ukrayna arasındakı mümkün müharibədə hansı tərəfin qələbə qazanacağına Türkiyə istehsalı olan Bayraktar TB2 PUA-ları qərar verəcək”.

Metbuat.az xəbər verir ki, bu barədə Çinin “Asia Times” portalında yayılan məqalədə deyilir. Məqalədə qeyd edilir ki, Rusiya mümkün müharibə zamanı “Pantsir” hərbi sistemlərinə daha çox güvənir. Lakin bu sistemlər Liviya, Qarabağ və Suriyada türk PUA-ları qarşısında aciz qaldı. Müəllif bildirib ki, müharibənin nəticəsi Rusiyanın dron hücumlarının qarşısını ala bilib-bilməyəcəyindən asılı olacaq. Məqalədə deyilir ki, bir müddət əvvəl türk PUA-sı separatçıların mövqelərinə bir hücum həyata keçirib və ruslar bunun qarşısını ala bilməyib:

“İddialara görə, ruslar Pantsir-ə əlavə radar yerləşdiriblər. Liviyada Pantsir-in muzdlu Vaqner döyüşçülərinin nəzarətində olduğu və bu üzdən uğursuzluğa düçar olduğu deyilir. Lakin bu inandırıcı deyil. Pantsir əvvəlcə uğurlu idi. Lakin Türkiyə Pantsir-in radar sistemini uğurla sıradan çıxaran Aselsan Koral elektron sistemini üzə çıxardı. Türkiyənin bu həmləsi Pantsiri oturan ördəyə (asan ov) çevirdir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR