Daha bir ölkə ilə viza rejimi ləğv olundu

Azərbaycan və Qətər arasında viza rejimi ləğv olunur.

Metbuat.az xəbər verir ki, bu, “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Qeyd edək ki, bu məsələ parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin dünən keçirilən iclasında müzakirə edilib və parlamentin plenar iclasına tövsiyə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR