Faktiki hava AÇIQLANDI: Qarın hündürlüyü 20 sm-ə çatıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, soyuq hava kütlələrinin ölkə ərazisinə şərqdən daxil olduğuna görə intensiv və güclü yağıntılar səhər saat 11:00-a olan məlumata əsasən Quba-Qusar bölgəsində qeydə alınıb. Belə ki, düşən yağıntının miqdarı Qusarda 31.0 mm (aylıq normanın 86 %-i) olub. Bakıda və Abşeron yarımadasında sulu qar müşahidə edilib.

Qubada 8.0 mm, Xaçmaz, Neftçalada 7.0 mm, Astara, Lerikdə 5.0 mm, Şabranda 4.0 mm, Altıağacda 3.0 mm, Yardımlı, Qrızda 2.0 mm, Lənkəran, Sarıbaş (Qax), Biləsuvar, Salyan, Cəfərxan, Sabirabad, Şamaxı, Qobustan, Göytəpə, Xaltanda 1.0 mm, Bakıda və Abşeron yarımadasında: Pirallahıda 5.0 mm, Bakı, Maştağada 4.0 mnm, Binədə 3.0 mm, Sumqayıtda 2.0 mm, Neft Daşları, Çilov adasında 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyünə gəlincə, Qrız-Qudyalçayda 20 sm, Daşkəsəndə 15 sm, Xınalıqda 15 sm, Qrızda 14 sm, Göygöldə 13 sm, Quba, Qusar, Xaltanda 10 sm, Ağdərə (Ordubad), Sarıbaşda (Qax) 8 sm, Altıağacda 6 sm, Şabranda 3.0 sm olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR