"Qalatasaray"ın gənc futbolçusu Aleksey Batrakov UEFA Çempionlar Liqasında göstərdiyi möhtəşəm performansla klub tarixinə düşüb.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, İstanbul təmsilçisi turnirin IV turunda Almaniyanın "Ştutqart" klubunu 2:0 hesabı ilə məğlub edib. Qarşılaşmanın qəhrəmanı isə hər iki qolu rəqib qapısından keçirən 21 yaşlı rusiyalı futbolçu olub. Batrakov 12-ci və 15-ci dəqiqələrdə fərqlənərək komandasına vacib qələbə qazandırıb.
Bununla da gənc futbolçu bir neçə tarixi rekorda imza atıb. Belə ki, 21 yaşlı Batrakov "Qalatasaray" tarixində Çempionlar Liqasının bir matçında iki qol vuran ən gənc futbolçu olub. O, həmçinin turnirdə bir qarşılaşmanın ilk 15 dəqiqəsində dubl edən ilk "Qalatasaray" oyunçusu kimi tarixə düşüb. Bundan başqa, Batrakov ardıcıl üç Çempionlar Liqası matçında qol vuran klubun ilk yarımmüdafiəçisi olub. "Barselona" və "Lill"lə oyunlarda da fərqlənən futbolçu cari mövsüm turnirdə vurduğu qolların sayını 4-ə çatdırıb.