Astroloqların proqnozlarına görə, noyabr ayında həm maddi baxımdan, həm də sevgi həyatında şanslı dövr yaşayacaq iki bürc var.

Metbuat.az xəbər verir ki, Şir və Oxatan bürclərinin nümayəndələrini yeni fürsətlər, xoş tanışlıqlar və maliyyə imkanları gözləyir. Ayın ikinci yarısı isə onlar üçün daha uğurlu və əlamətdar ola bilər.

Şir

Şir bürcləri noyabr ayında pul və karyera sahəsində sevindirici yeniliklərlə qarşılaşa bilərlər. Gecikən ödənişlər, yeni iş təklifləri və gəlir imkanları onların maddi vəziyyətinə müsbət təsir göstərə bilər. Sevgi həyatında da bəxti gətirəcək Şirləri romantik tanışlıqlar və ciddi münasibətə çevrilə biləcək yaxınlaşmalar gözləyir.

Oxatan

Oxatanlar üçün noyabrın ikinci yarısı yeni başlanğıclar vəd edir. Biznes, investisiya və iş həyatında yaranacaq fürsətlər gəlirlərini artırmaq üçün əlverişli şərait yarada bilər. Şəxsi həyatlarında isə səmimiyyət və romantika ön plana çıxacaq, subay Oxatanlar maraqlı tanışlıq yaşaya bilərlər.