2021-ci ilin ƏN MÜHÜM HADİSƏLƏRİ -

Yola saldığımız 2021-ci il Öküz ili dünyanın tarixində bir sıra hadisələr ilə yadda qaldı. Bu il həm də ölkəmizdə çox mühüm hadisələr baş verdi.

Metbuat.az həmin hadisələrin xronikasını təqdim edir:

2021-ci ilin dörd yanvar tarixində Britaniyada hakim "WikiLeaks" saytının qurucusu Culian Assanjın ekstradisiyasına dair ABŞ-ın xahişini rədd edib, bu qərarın onun zehni sağlığına "ziyanlı" olacağını bildirdi. Qətər və Səudiyyə Ərəbistanı arasındakı sərhəd yenidən açıldı. Bir neçə gün sonra isə Donald Tramp tərəfdarları ABŞ Konqres Binasına hücum etdi.

2021-ci ilin əvvəllərində koronavirus pandemiyasına görə, qlobal ölüm sayı 2 milyonu keçdi. 2021-ci ilin 20 yanvar tarixində Co Bayden Amerika Birləşmiş Ştatlarının 46-cı prezidenti olaraq vəzifəyə başladı. 22 Yanvar 2021-ci ildə Nüvə Silahlarının Qadağası Müqaviləsi qüvvəyə mindi. 23 Yanvarda Qvineya körfəzində "MV Mozart" gəmisinə dəniz quldurları hücum etdi. 1 nəfər öldü, 15 nəfər qaçırıldı.

26 Yanvar tarixində isə qlobal yoluxma sayı 100 milyonu keçdi. 25 Fevral 2021-ci ildə Ermənistanda çevriliş cəhdi oldu. Onun bir müddət əvvəl isə Myanmada hərbi çevriliş oldu.

4 İyun 2021-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndi yaxınlığında baş vermiş partlayış nəticəsində ikisi jurnalist, biri məmur olmaqla 3 nəfər şəhid oldu. 12 İyun 2021-ci ildə Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib.

Bu müddətdə isə Braziliya, ABŞ-dan sonra virusa görə yarım milyon ölümü keçən 2-ci ölkə oldu. 2021-ci ilə qonşu dövlətlərdən İranda prezident seçkiləri oldu. İbrahim Rəisi prezident seçildi. Ermənistanda keçirilən parlament seçkisi zamanı Nikol Paşinyan yenidən Baş nazir seçildi.

4 İyul 2021-ci ildə Xəzər dənizində partlayış baş verdi. Bir müddət sonra 28 İyul - 12 Avqust tarixlərində qardaş Türkiyədə meşə yanğınları tüğyan etdi. Böyük qismi Aralıq dənizi, Egey, Mərmərə ve Cənub-şərqi Anadolu regionlarındakı 47 ildə yaranmış 239 meşə yanğınında 7 nəfər həyatını itirmiş, yüzminlələ hektar meşə və yaşayış yeri külə dönmüş və minlərcə heyvan tələf olmuşdur.

ABŞ, 11 Sentyabr terror aktlarının 20-ci ildönümündə Əfqanıstan'da qalan 2500 əsgərini geri çəkəcək və Əfqanıstan müharibəsindəki iştirakını sonra çatdırdı.

Hazırladı: Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR