7 otaqlı fərdi yaşayış evi

Füzuli rayonunun Bala Bəhmənli kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli 7 otaq və eyvandan ibarət evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, evin 3 otağının yanar konstruksiyaları, ev əşyaları 50 m² sahədə və dam örtüyünün taxta atmaları 85 m² sahədə yanıb.

Yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavanı 7 m² sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR