“Naftoqaz” Rusiya qazına alternativ tapmadı - Ümid İstanbul kanalınadır

"Ukrayna hələ də alternativ mənbələrdən qaz tədarükünü təmin edə bilmir".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı "Naftoqaz" ın rəhbəri Yuri Vitrenko bildirib .

"Fiziki olaraq LNG (mayeləşdirilmiş təbii qaz - Red.) olan gəmilər Ukraynaya daxil ola bilməz. Hətta Polşadakı terminaldan da yenidən qazlaşdırılmış LNG borularla Ukraynaya fiziki olaraq daxil ola bilməz" top menecer etiraf edib.

Onun sözlərinə görə, bunun üçün Polşa ərazisində qaz kəməri sistemini modernləşdirmək lazımdır. "Oradan qazın fiziki olaraq Ukraynaya daxil olması üçün Polşa tərəfində Ukrayna ərazisinə daha yaxın olan bu "darboğazları", infrastrukturu genişləndirmək, investisiya qoymaq lazımdır" deyə Vitrenko izah edib. Naftogaz rəhbəri əlavə edib ki, bunun üçün Varşavadan vaxt və sərmayə tələb olunur, o, hələ bunu etməyib, çünki bu məqsədlər üçün Avropadan pul gözləyir.

"Əgər biz bu problemləri həll etmək istəyiriksə, öz LNG terminalımızı qurmalıyıq. Türkiyə LNG tankerlərinin Boğazdan keçməsinə icazə vermir. Əgər yeni İstanbul kanalı olarsa, bu kanaldan tankerlər keçə bilər. Amma nə vaxt olacaq, bu açıq sualdır. Hələ ki, cavab yoxdur " deyə Yuri Vitrenko bildirib .

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR