Rusiyada yeni qafqazlı münaqişəsi başlayır?

Rusiyada yeni qafqazlı münaqişəsi başlayır?
11:31 30 May 2015
93 Digər
Ölkə mətbuatı
A- A+

Volqoqradda qız özünü yandırıb və anasından qorxduğu üçün yalan danışıb və bu məsələdə bu şəhərdə yaşayan qafqazlıları günahlandırıb.

ANS PRESS-in məlumatına görə, hadisə belə baş verib. On yaşlı məktəbli qızın anası mayın 23-də polisə müraciət edib və deyib ki, onun qızına və başqa bir neçə qıza 8-ci Hava Ordusu küçəsində Qafqazdan olan iki sakin hücum edib. Onlar qızın üzünə nəsə töküb və yandırıblar. Onların köməyinə həkim son anda yetişib.

Daxili İşlər Nazirliyinin əməkdaşları həmin gün orada olan 4-cü sinif şagirdlərini sorğu-suala tutublar. Onlar rəfiqənin hekayəsini təsdiqləyiblər. Qız inadla deyir ki, qafqazlılar günahkardır. Məktəbli qız hadisəni anasına deyəndə, ana onun sözlərinə inanmaq istəməyib. Çünki onun qızı bunu şübhəli şəkildə, fikirləşərək deyib. Ana polisi fəaliyyətsizlikdə ittiham etməyə başlayıb və sosial şəbəkələr vasitəsilə kömək istəyib.

Ümumiyyətlə, belə hallar Rusiya ərazisində sanki vərdiş halını alıb. Bu ölkə ərazisində hansı neqativ hadisə baş verirsə, hadisənin səbəbləri, kim tərəfindən törədilməsi araşdırılmadan ilk növbədə, qafqazlıları günahkar sanırlar. Əlbəttə, bu, doğru deyil. Biz heç vaxt Qafqaz ölkələrində, eləcə də Azərbaycanda yaşayan rus millətindən olan vətəndaşların cinayət törətməsini gündəmə gətirmirik, şişirtmirik.

Məsələn, ötən gün 32 yaşlı rus Yakov Çernov tərəfindən azyaşlı qız - 5 yaşlı Aişə Qələndərova Pirallahıda vəhşicəsinə öldürülüb. O, uşağı qonşuluqdan götürərək öz həyətlərinə aparıb, orada zorlayıb və boğub. Yakov uşağın meyitini gündüz gizlədə bilməyəcəyini anladığından onu parçaya bürüyüb, elə öz həyətlərindəki zibillikdə gizlədib. Üstünə isə qəsəbədə elektrik işləmiş mərhum atasından qalma müxtəlif əşyalar, alətlər töküb ki, diqqəti cəlb etməsin.

Bu, faktdır, amma Volqoqradda qızın anasından qorxaraq yalan danışması, Qafqaz millətindən olan şəxslərin adını ləkələməsi doğru fakt deyil. Təbii ki, qatilin, cinayətkarın nə yurdu, nə də milliyyəti olar. Amma istənilən hadisəyə görə, cəm şəkildə danışmaq, ümumi bir regionu ləkələmək doğru deyil və bunun hadisəni törədən caninin milliyyətinə aidiyyəti olmamalıdır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=347812

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR