Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Yeni il münasibətilə təbrik ünvanlayıb.

Metbuat.az bildirir ki, bu haqda Kremlin rəsmi veb-saytında yerləşdirilib.

Təbrik məktubunda qeyd olunub:

Ötən ildə iki dövlət başçılarının Moskva və Soçidə keçirilən görüşləri Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmliyini tam təsdiqləyib.

Rusiya-Azərbaycan əlaqələrinin bütün spektrini daha da inkişaf etdirmək üçün konstruktiv dialoqun və sıx birgə işin davam etdirilməsinə ümid ifadə olunub. Bu, vurğulandığı kimi, iki dövlətin xalqlarının köklü maraqlarına uyğundur.