Gürcüstanda son sutkada 2 mindən çox yoluxma qeydə alındı

Gürcüstanda son sutkada daha 2 103 nəfər koronavirusa yoluxub, 60 nəfər isə xəstəliyin qurbanı olub.

Metbuat.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi saytında məlumat yerləşdirilib.

Bildirilir ki, bununla da ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 936 min 844-ə, müalicə olunaraq sağalanların sayı 896 min 868-ə, bu virusdan ölənlərin sayı isə 13 min 860-a çatıb.

Hazırda ölkədə 832 nəfər klinik hotellərdə, 4495 nəfər stasionarda, 57 nəfər isə karantin rejimindədir.
Ölkədə 2021-ci ilin dekabrın 31-dək 2 milyon 514 min 871 nəfər vaksinasiya olunub


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR