Mahir Emrelinin komandasının rəqibləri bəlli oldu

Azərbaycan milli komandasının futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın “Legiya” klubunun Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərindəki təlim-məşq toplanışındakı rəqibləri məlum olub

Metbuat.az xəbər verir ki, Varşava təmsilçisi yanvarın 12-də “Bazel” (İsveçrə), 15-də “Lokomotiv” (Plovdiv, Bolqarıstan), 19-da isə “Krasnodar” (Rusiya) ilə qarşılaşacaq.

“Legiya”nın BƏƏ-dəki toplanışına yanvarın 22-də yekun vurulacaq. Komanda bundan sonra Polşada daha iki yoxlama oyunu keçirəcək. “Legiya”nın rəqibləri “Tıxı” (28 yanvar) və “Radomyak” (29 yanvar) olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR