Gəncə şəhərində gənclər arasında “Nə? Harada? Nə zaman?” formatında İntellektual turnir keçirilib

“Odlar Yurdu” Gənclər İctimai Birliyi və “Azərbaycan” İntellektual Oyunlar Klubunun birgə əməkdaşlığı, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, “Gəncə 2016-AGP” İB-nin tərəfdaşlığı ilə 29 may tarixində Gəncə şəhərində gənclərarasında “Nə? Harada? Nə zaman?” formatında İntellektual turnir keçirilib. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının əsas prioritet itiqamətlərindən biri “Gənclərin daha geniş kütləsinin intellektual fəaliyyətə cəlb edilməsi, asudə vaxtın səmərəli təşkil olunması” bəndini əsas götürərək , həmçinin 28 May Respublika Günü ərəfəsində təşkil olunan bilik yarışında 18-29 yaş qrupunu əhatə edən gənclərdən ibarət ümumilikdə 15 komanda iştirak edib.Komandalar Gəncə Dövlət Univeristeti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti , Gəncə şəhər Texniki Kolleci, Gəncə ASAN Xidmət Mərkəzinin könüllülərini, müxtəlif özəl qurumları və QHT-ləri təmsil ediblər. Turnirdə I yeri “Armageddon”, II yeri “Odlar Yurdu” , III yeri isə “Uğur” komandası qazanmışdır. Qalibkomandalar diplom, kubok və medallarla təltif olunublar.

Turnirdə həmçinin Gəncə şəhər İcra Hakimiyyəti , Gəncə şəhər Gənclər və Baş İdarəsinin nümayəndələri iştirak etmiş turnirin gedişatına uğurlar arzulamaqla yanaşı bu kimi bilik yarışlarının keçirilməsi əhəmiyyətindən danışmışlar. 













Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR