Bakıda direktorun şagirdləri döyməsi ilə bağlı görüntülər

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 9 nömrəli tam orta məktəbin direktorunun şagirdləri döyməsi ilə bağlı yayılan videoya münasibət bildirib.

İdarədən Metbuat.az-a bildirilib ki, Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.

Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

"Ümumi təhsil müəssisələrində müəllim-şagird münasibətlərinin tənzimlənməsi və uşaqların psixoloji dayanıqlılığının artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır", - məlumatda qeyd olunub.

14:55

Bakı şəhərində məktəb direktoru şagirdləri döyüb.

Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, paytaxtda fəaliyyət göstərən 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədova təhsil ocağında şagirdlərə əl qaldırıb.

Onun bu hərəkəti kameraya düşüb.

Həmin görüntüləri təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR