Elçin Quliyev Milli Depozit Mərkəzinin sədr müavini təyin olundu

Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr müavini təyin edilib.

Metbuat.az xəbər verir ki, bu vəzifəyə Elçin Quliyev təyinat alıb.

Elçin Quliyev V çağırış Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil edib, daha əvvəl isə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində aparat rəhbəri vəzifəsində çalışıb.

Həmçinin, uzun illər bank və vergi sistemində rəhbər vəzifələrdə təmsil olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR