Məşhur qazax sənətçisi güllələndi -

Məşhur qazax kinorejissoru və musiqiçisi Saken Bitayev Almatıdakı iğtişaşlar zamanı öldürülüb.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, bu barədə mərhumun dostu Daniyar Adilbəyov öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, reperin qətli yanvarın 7-də avtomobilini əlindən almaq istəyən radikallardan gizlənmək istəyən zaman baş verib. “Kütlə arxadan gəlib qapıları açmağa başlayıb. Talançılar gedən maşının arxasınca atəş açmağa başlayıblar. Bir güllə Sakenin ciyərini deşib”, - Adilbəyov yazıb.

O qeyd edib ki, Bitayevin valideynləri hələ də oğlunun meyitini evə apara bilmirlər, çünki şəhərdə ölümü sənədləşdirmək üçün kifayət qədər polis yoxdur. Bütün təhlükəsizlik qüvvələri etirazların yatırılmasında iştirak edir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR