Xalqımızın səs dərdi "O ses Türkiye"də. Bəs biznes dərdi? - FOTO

Xalqımızın səs dərdi "O ses Türkiye"də. Bəs biznes dərdi? - FOTO
12:37 30 May 2015
142 Digər
Ölkə mətbuatı
A- A+

Soydaşlarımızın burada qazana bilmədikləri uğura xarici ölkədə nail olmaları ilk dəfə deyil. Müğənni Elnur Hüseynovun uzun illər Azərbaycanda kölgədə qaldıqdan sonra birdən-birə "O ses Türkiye" yarışında parlaması yaxın tarixdir.

Ölkəmizdə parlaya bilməyən vətəndaşların xaricdə böyük uğur qazanmalarına çox misallar çəkə bilərik. Ancaq budəfəki mövzumuz iş dünyası barədədir.

Azərbaycanlı iş adamı Mübariz Məsimovun Türkiyədə yerləşən "Palmalife Marina Hotel" oteli Yaxın Şərqin ən lüks oteli adına layiq görülüb.

Türkiyənin Bodrum şəhərində yerləşən otel 10 ölkədən 120 otelin iştirak etdiyi və bu il 8-сisi keçirilən müsabiqədə birinсi yerə layiq görülüb. Müsabiqə mərasimində "Palmalife Marina Hotel" ən lüks nominasiyası üzrə lüksün və bənzərsizliyin rəmzi olaraq özəl dizaynlı əl işi qızıl tac və orijinal sertifikat ilə mükafatlandırılıb.

Bu otel 2011-ci ildə açılmışdı. Dörd il sonra dünyada ən nüfuzlu mükafatlardan birinə sahib oldu. Azərbaycanlı iş adamı Türkiyədə bu işi görürsə, Azərbaycanda niyə alınmır?

Biznesin qızıl qanunu tələb və buna uyğun təkliflərin hazırlanmasıdır. Dünyada uğurlu iş adamları istehsal etdikləri məhsullarla ilk növbədə şəhər daxili, sonra isə ölkə daxili tələbatları təmin etməyə çalışırlar. Daxili bazar tam olaraq təmin edildikdən sonra isə məhsulları xaricə çıxarmaq olar.

Azərbaycanda isə hər şey tam fərqlidir. İş adamlarının əksəriyyəti məhsulunu xaricdə satmaqla özlərini sanki kiməsə sübut etməyə çalışır. Uğurlu olduqlarını göstərməyə cəhd edir. Dünyanın məşhur biznesmenləri ilə bir cərgədə durmağa çalışır. Halbuki, daxili bazarı təmin etmədən xaricə çıxmağa çalışan iş adamı bünövrəsiz göydələn tikən mühəndisə bənzəyir.

Azərbaycanda "xarici bazar xəstəliyi" otelçilik biznesinə də yoluxub. Artıq uzun illərdir hamı bilir ki, yol xərci də daxil olmaqla Türkiyənin ən məşhur kurort zonalarında istirahət etmək Azərbaycandan qat-qat ucuz başa gəlir. Elə bu səbəbdən də yerli turistlər istirahət üçün daha ucuz başa gələn qonşu ölkələri seçirlər. Ölkədə qiymətlərin baha, xidmət keyfiyyətinin qat-qat aşağı olması yerli turistləri başqa ölkəyə getməyə vadar edir.

Azəraycanda turizmin inkişaf etdirilməsi üçün hər cür şərait var. Həm dağ turizmi, həm dənizkənarı kurort zonaları, həm də müalicə profilli turizm obyektləri üçün ölkəmizdə hər cür təbii şərait var. Ancaq hələ ki, həmin sahələri tam olaraq inkişaf etdirmək olmur.

Səbəb çox sadədir. Ölkəmiz rəqabətdə Türkiyə və Gürcüstana uduzur. İş adamları çox baha qiymətlərə xarici turist cəlb etməyə çalışırlar. Xarici turist isə elə yerli turist kimi ikiqat baha qiymətə Azərbaycanda istirahətdənsə, Türkiyə və ya Gürcüstanı seçir.

Ancaq bir neçə gün öncə gələn xəbər göstərdi ki, hələ hər şey itməyib. Düzəlmək üçün hələ imkan var. Velosipedi yenidən kəşf etməyə ehtiyac yoxdur. İş adamı Mübariz Mənsimov Türkiyədəki biznesini həmin ölkənin ənənələri, menecment siyasəti və biznes qanunları ilə idarə edir. Nəticədə uğur qazanır. Turizm və otelçilik sahəsində Türkiyə təcrübəsini öyrənib Azərbaycanda tətbiq etmək kifayətdir. Əgər bu edilərsə, bir neçə il sonra biz də nüfuzlu turizm ölkələrindən ola bilərik.

Bunun üçün ölkəmizdə lazım olan bütün şərait var.

Teymur Hacıyev
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/347335.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR