Xaricdə yaşayan azərbaycanlı professor vəfat etdi - FOTO

Xaricdə yaşayan azərbaycanlı professor vəfat etdi - FOTO
12:42 30 May 2015
69 Digər
Ölkə mətbuatı
A- A+

Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) fəaliyyət göstərən Girnə Amerika Universitetinin azərbaycanlı professoru Ədalət Abıyev dünyasını dəyişib. "Report"un məlumatına görə, professor Bakıda dəfn olunub.

Ə.Abıyev 2014-cü ilin iyul ayından ağciyər xərçəngindən əziyyət çəkirdi.

Qeyd edək ki, Ə.Abıyev 1952-ci il yanvar ayının 13-də Cəlilabad rayonunun Həsənli kəndində anadan olub. 1975-ci ildə indiki Azərbaycan Dövlət Neft Akademiyasını (ADNA) bitirib. Daha sonra elmi araşdırmalara başlayan Ə.Abıyev 2005-ci ilə qədər ADNA-da müxtəlif vəzifələrdə çalışıb, akademiyanın professoru olub. Ə.Abıyev 2006-cı ildən dünyasını dəyişənə qədər pedaqoji fəaliyyətini ŞKTC-də Girnə Amerika Universitetində davam etdirib. O, kompüter texnologiyaları və elektrik cihazları sahəsində 100-dən artıq kitabın və elmi məqalələrin müəllifidir.

Allah rəhmət eləsin!

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/347342.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR