Separatçıların lideri KTMT-yə yaltaqlandı:

Qarabağ separatçılarının lideri Arayik Arutyunyan Qazaxıstanda baş verən hadisələrlər bağlı açıqlama verib. Bu dəfə o Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yaltaqlanaraq, onların fəaliyyətini yüksək qiymətləndirib.

Metbuat.az xəbər verir ki, Aruntunyan qeyd edib ki, KTMT-nin kollektiv qüvvələrinin və xüsusən də Rusiya Federasiyasının sülhməramlı missiyasının vaxtında etdiyi yardım sayəsində Qazaxıstanın müvafiq strukturları mütəşəkkil cinayətkarlıqla mübarizə və onun zərərsizləşdirilməsi istiqamətində ardıcıl iş aparmağa nail olublar.

"Bütün bu günlər ərzində mən Qazaxıstan Respublikasında təkcə Qazaxıstan üçün deyil, həm də qonşu dövlətlər və qonşu regionlar üçün son dərəcə həyəcanlı və təhlükəli olan hadisələri diqqətlə izlədim. Aydındır ki, Qazaxıstanda və onun ətrafında vəziyyətin sabitliyini pozmağa, qeyri-sabitlik və terror qurşağının formalaşmasına yönəlmiş proqramın arxasında ekstremist qruplar və birləşmələr dayanır. KTMT-nin kollektiv qüvvələrinin Qazaxıstana gəlişi ilə Mərkəzi Asiya və ona bitişik regionlarda Qarabağ və Ermənistanın təhlükəsizliyi üçün çox ciddi təhlükəyə çevrilə biləcək gözlənilməz və partlayıcı vəziyyətin yaradılmasının qarşısını almaq mümkün oldu. Müxtəlif ittifaq strukturlarının formalaşması təhdidləri minimuma endirmək və onlarla effektiv mübarizə mexanizmlərini inkişaf etdirmək üçün imperativ və ən təsirli yoldur " deyə separatçılarının lideri Arayik Arutyunyan qeyd edib.

Məlumat üçün bildirək ki, Qazaxıstanın Xarici İşlər Nazirliyi ölkədəki hadisələrlə bağlı bəyanat yayıb. Bildirilib ki, KTMT-nin sülhməramlı qüvvələri müvəqqəti olaraq Qazaxıstandadırlar və vəziyyət sabitləşdikdən sonra Qazaxıstan tərəfinin ilk müraciəti əsasında ölkəni tərk edəcəklər.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR