Kamran Ağayev karyerasını başa vurdu

Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev futbolçu karyerasını başa vurub.

Metbuat.az xəbər verir ki, 35 yaşlı qolkiper bu barədə son olaraq çıxış etdiyi “Səbail” klubunun rəhbərliyinə də bildirib.

Qeyd edək ki, təcrübəli əlcək sahibi 2008-2018-ci illərdə millimizdə çıxış edən Ağayev 78 oyunda meydana çıxıb. O, “Şəfa”, “Turan”, “Xəzər Lənkran”, “Bakı”, “Qəbələ”, “Kayserispor”, “Karşıyaka” (hər iki Türkiyə), “İnter” (Bakı), “Boavişta” (Portuqaliya), “Mlada Boleslav” (Çexiya) və “Keşlə”də də çıxış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR