“Beşiktaş” UEFA Avropa Liqasının ikinci turunda səfərdə “Hoffenhaym”ı 3:2 hesabı ilə məğlub edib.

Metbuat.az xəbər verir ki, Türkiyə təmsilçisi bu nəticə ilə liqa mərhələsində ikinci qələbəsini qazanıb. Komanda cari mövsümdə Avropa Liqasında keçirdiyi 8 oyunun 7-də meydanı qalib tərk edib.

Türkiyə mətbuatında “Beşiktaş”ın mübarizəsi, ikinci hissədə artırdığı təzyiq və ehtiyat oyunçularının uğurlu çıxışı yüksək qiymətləndirilib. Şərhlərdə komandanın çətin anlarda xarakter nümayiş etdirdiyi və qələbəni əzmkarlığı sayəsində qazandığı vurğulanıb.

Matçın hakim idarəçiliyi də müzakirə olunub. Avropa oyunlarında futbolçuların diqqəti hakim qərarlarından daha çox oyuna yönəltməsi Türkiyə çempionatındakı mübahisələrlə müqayisə edilib.