MEDİA-nın bir illik fəaliyyətinin mətbuatımızın inkişafındakı rolu -

ildirdiyimiz kimi, 2021-ci ilin yanvarın 12-də Prezident İlham Əliyevin Fərmanı ilə qurulan Medianın İnkişafı Agentliyinin (MEDİA) yaranmasından bir il ötür.

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli Medianın İnkişafı Agentliyinin bir illik fəaliyyəti ilə bağlı düşüncələrini Metbuat.az ilə bölüşüb. Müsahibimizin sözlərinə görə, Medianın İnkişaf Agentliyi bir ildir fəaliyyət göstərməsinə baxmayaraq, bu müddət ərzində Azərbaycan media məkanının bütün nöqtələrində Agentliyin izini görə bilərik.


“Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahat­ların dərinləşməsi haqqında” 12 yanvar 2021-ci il tarixli Fərmanı ilə yaradılan “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin fəaliyyəti çərçivəsində demokratik dövlət və azad media münasibətlərini yeni yüksək səviyyəyə qaldırmaq məramı ifadə edilmişdir. Bu bir il ərzində media üçün qanunvericiliyin təkmilləşdirilməsi, pəşakarlığın artırılması, jurnalistlərin və KİV-in sosial-iqtisadi vəziyyətinin, rifah halının inkişaf etdirilməsi və s. komponentlərdə Agentliyin izi görünür. MEDİA-nın bir illik fəaliyyətində ən uğurlu nəticələrdən biri “Media haqqında” yeni qanunun işlənib hazırlanması oldu. Bildiyiniz kimi, son illərdə media şəbəkəsinin və onun əhatə dairəsinin həddindən artıq genişlənməsi indiyədək qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanunun artıq zamanın sürətindən geri qaldığını göstərirdi. Baş verən proseslər “Media haqqında” yeni qanunun vacibliyini şərtləndirdi. “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin koordinatorluğu ilə həyata keçirilən yeni qanun layihəsi uğurla tamamlanaraq, parlamentin üçüncü oxunuşunda qəbul edildi”.

M.Ələsgərli bildirdi ki, uzun illər Azərbaycanda KİV-ə dəstək göstərilsə də, yeni media komponentlərinə, yəni xəbər portallarına, saytlara maliyyə yardımı edilmirdi. Məhz Agentliyin uğurlu fəaliyyəti çərçivəsində 2021-ci il ərzində 60-a yaxın KİV, onlayn sayt, qəzet və xəbər portallarının fəaliyyəti maliyyələşdirildi. Bu da onların fəaliyyətinə müsbət anlamda ciddi təsir etdi.

“Diqqət çəkən mühüm məqamlardan biri də jurnalistlərin sosial vəziyyətinin inkişaf etdirilməsi məqsədi ilə həyata keçirilən çoxsaylı fərdi jurnalist yazı müsabiqələridir. Məhz bir il ərzində yüzlərlə jurnalist müxtəlif müsabiqələrdə iştirak edib və mükafatlandırılıblar. Çünki jurnalistlərin qabiliyyətinə, bacarığına görə qiymətləndirilməsi, qalib olmaları onları həm ruhlandırır, həm də sosial həyatlarına təsir edir. Bu səpkidə jurnalistlərin peşəkarlığının artırılması istiqamətində keçirilən sistemli kursların fəaliyyətinə də diqqət yetirmək lazımdır. Xüsusilə, Medianın İnkişafı Agentliyinin ADA Universiteti ilə birlikdə keçirdiyi seminarların təşkili önəmli sayılmalıdır. Həmin seminarlar çərçivəsində media rəhbərlərindən ibarət ayrı-ayrı qruplara yeni qanun layihəsi barədə məlumatlar verildi, ardınca isə layihənin ayrı-ayrı müddəalarının və ümumi konsepsiyasının ətraflı müzakirəsi aparıldı. ADA-nın İxtisasartırma Proqramının mütəxəssisləri tərəfindən aparılan seminar da faydalı olub. Orada dövlət sektorunda fəaliyyət göstərən qurumların mətbuat xidməti rəhbərləri, ictimaiyyətlə əlaqələr və mətbuatla iş üzrə məsul əməkdaşları iştirak ediblər. Seminar və treninqlərdə məqsəd dövlət və ictimai sektor qurumlarının media subyektləri ilə müştərək çalışmalarının genişləndirilməsi, qarşılıqlı kommunikasiya əlaqələrinin təkmilləşdirilməsi, eləcə də, müasir media mühitində ictimaiyyəti məlumatlandırma mexanizmlərinin daha səmərəli qurulmasıdır. Azərbaycanda media sayəsində keçirilən seminarlar çox olsa da, Agentliyin keçirdiyi seminarlar çərçivəsində jurnalistlər üçün sistemli kurslar təşkil olundu. Bu kurslar çərçivəsində media nümayəndərinə innovativ, elmi tutumlu bilgilər verilirdi ki, bu da onların fərdi inkişafına mühüm təsir etdi”.

Həmkarlar İttifaqının rəhbəri onu da qeyd etdi ki, hələ problemlər tamamilə aradan qaldırılmasa da, qarşıda görüləcək işlər çoxdur. Bu siyahıya KİV-lərin maliyyə, reklam məsələlərinin həlli, dayanıqlı iqtisadi mənbələrinin formalaşdırılması kimi problemlər də daxildir.

“Hesab edirəm ki, gələcəkdə Media Agentliyi bu məsələlərə nüfuz edərək, ciddi naliyyətlər qazanacaqdır. Ümumiyyətlə, bir il ərzində Medianın İnkişaf Agentliyinin fəaliyyətini olduqca yüksək və uğurlu dəyərləndirirəm. Agentlikdə çalışan dostlarımızı, kollektivin bütün üzvlərini təbrik edir, növbəti illərdəki peşə fəaliyyətində uğurlar arzu edirəm”.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR