Futbol üzrə Afrika Millətlər Kubokunda növbəti kuryoz hadisə baş verib.

Metbuat.az xəbər verir ki, təşkilatçılar Mavritaniya və Qambiya yığmaları arasında F qrupunun I tur oyunundan öncə Mavritaniya dövlət himninin əvəzinə başqa musiqi səsləndiriblər.

Nə qədər əlləşsələr də, onlar himni səsləndirə bilməyiblər. Nəticədə futbolçular himni musiqi müşayiəti olmadan ifa ediblər.