“Barcelona” türk futbolçu ilə yollarını ayırıb

İspaniyanın "Barcelona" klubu türk futbolçu Yusuf Demirlə yollarını ayırıb.

Metbuat.az xəbər verir ki, türk əsilli avstriyalı futbolçunun müqaviləsinə xitam verilib. 19 yaşlı Yusuf Avstriyanın “Rapid” klubuna geri qayıdıb.

İspaniya mətbuatının iddialarına görə, buna səbəb klubun maliyyə çətinliyi olub.

Qeyd edək ki, "Barcelona" maliyyə cəhətdən çətinlik çəkir. Kataloniya təmsilçisinin 488 milyon avro xalis borcu olduğu bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR