Milli.Az CTV-yə (Region TV-yə) istinadən bildirir ki, Biləsuvar rayonunda İrandan Azərbaycana kartof gətirən yük avtomobili yanıb. Yanğın zamanı yükə ziyan dəyməsə də avtomobilin kabinəsi yanıb.
Yük avtomobilində baş verən texniki nasazlıq yanğına səbəb oldu. Hadisə axşam saatlarında Biləsuvar - İran sərhədi avtomobil yolunun Muğan kəndi ərazisində baş verib. İran İslam Respublikası vətəndaşı Murtuza Məlikzadə sükanı arxasında olduğu qoşqulu yük avtomobili ilə Biləsuvar istiqamətində hərəkətdə olarkən avtomobil qəfildən alışıb.
Hadisə Yerinə Biləsuvar Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvələri cəlb olunaraq alovun avtomobilin qoşqusundakı yükə keçməsinin qarşısı alınıb. Ümumilikdə isə yanğın zamanı avtomobilin iki təkəri və kabinə hissəsinə ciddi ziyan dəyib. İlkin ehtimala görə, yanğına avtomobilin mühərrik hissəsindəki naqillərdə baş verən qısaqapanma səbəb olub.
Milli.Az