Bədbəxt hadisə nəticəsində ölən Aysunun

Xəbər verdiyimiz kimi, Göyçayda 11-ci sinif şagirdi bədbəxt hadisənin qurbanı olub.

Metbuat.az-ın məlumatına görə, rayonun Şıxəmir kəndində 16 yaşlı İsmayılova Aysun Habil qızı yaşadığı evdə dəm qazından zəhərlənib.

Səhhətində narahatlıq yaranan Aysun, Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. İlkin tibbi yardımdan sonra A.İsmayılova müalicə üçün Respublika Toksikoloji Mərkəzinə gətirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, Aysun İsmayılovanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Aysunun fotosunu təqdim edirik.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR