Qara Yanvar-32:

2022-ci ilin 20 yanvar günü Sovet hərbi qüvvələri tərəfindən Bakı şəhərində hərbi işğalın və dinc sakinlərin qətlə yetirilməsinin 32-ci ildönümü kimi qeyd edilir. 1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridilmiş Sovet ordusunun əsgərləri etirazı yatırmaq üçün hərbi texnikadan istifadə edir. Nəticədə yüzlərlə sakin qətlə yetirilir və xəsarət alır.

Həmin dövrdə dünya ictimaiyyəti də hadisə haqqında informasiyalara biganə qalmadı. Böyük Britaniyanın "The Times”, "The "Guardian” qəze­tləri, BBC ka­nalı, ABŞ-ın "Los Angeles Times”, "The New York Times”, "Washinqton Post”, "Kristian Sayens Monitor”, "Baltimor San” və digər media orqanları Qara Yanvar, xalqın azadlıq ideyalarını boğanlar haqqında məlumat vermişdilər.

Metbuat.az həmin nəşrlərdən bir neçəsi haqqında məlumatı təqdim edir:

The Guardian, 20 yanvar 1990

The Guardian qəzeti 1990-cı il, yanvarın 20-də "Bakı küçələri uğrunda savaş" başlığı ilə dərc edilən xəbərdə yazılır ki, Sovet qoşunları Azərbaycan millətçilərinə qarşı hücuma keçib: "Sovet tankları bu səhər tezdən barrikadaları yararaq üsyankar Bakı şəhərinə daxil olub. Milli hərəkatın nümayəndələrinin bildirdiyinə görə, onlar müqavimət göstərən hər kəsə atəş açıblar. Onların bildirdiyinə görə çoxlu sayda yaralı və ölü var". Qəzetin 22 yanvarda dərc edilmiş məqaləsində isə bildirilir ki, Sovet rəhbərliyi "qeyri populyar partiya lideri olan Əbdürrəhman Vəzirovu vəzifəsindən azad etməklə millətçiləri razı salmağa çalışıb".

Komsomolskaya Pravda

Komsomolskaya Pravda qəzetinin Bakıdakı müxbiri Andrey Krainiyə istinadən qəzet yazır ki, ölənlərin sayı "yüzlərlədir".

"İnsanlar, "biz ölənlərin qısasını alacağıq. Biz bunu heç vaxt unutmayacağıq", deyə qışqırırlar. Bakıdakı ruslara qarşı da artıq bir neçə hücum olub," müxbir bildirib. Həmçinin bildirilir ki, minlərlə ehtiyatda olan Sovet hərbçisi artıq geri dönməyə başlayıb.

The Times, 22 yanvar 1990

"Küçələrdə cəsədlər durduğu halda snayperlər atəş açır" deyə qəzetdə yazılır. Xəbərdə qeyd olunur ki, Ermənistan və İranla əhatə olunmuş Azərbaycan ərazisi olan Naxçıvan, Sovet İttifaqından ayrıldığını və müstəqil islam respublikası elan edəcəyini bəyan edib. Həmçinin bildirilir ki, Sovet lideri Qorbaçov televiziya ilə çıxış edərək hadisələri, "xüsusilə ermənilərə qarşı poqromları faciəvi" adlandırıb.

The İndependent, 22 yanvar 1990

"Azərbaycanlılar Sovet ordusu ilə növbəti raunda hazırlaşır" başlıqlı yazıda da hərbi məktəbin tələblərinin Sovet ordusuna qarşı atəş açdığı qeyd olunur. Qəzet İran mətbuatına istinadən yazır ki, Naxçıvandakı azərbaycanlılar İranla sərhədi təşkil edən Araz çayı üzərində üzən körpü tikirlər.

Bildirilir ki, hətta Sovet qoşunlarının Bakıya daxil olmasından öncə "Azərbaycanda ermənilərlə azərbaycanlılar arasında baş vermiş iğtişaşlar nəticəsində təxminən 70 nəfər dünyasını dəyişib. İndi isə ölənlərin sayı ən azı 153 nəfərdir. Rəsmi məlumata görə Bakıda həftə sonu 14 nəfər Sovet əsgəri də daxil olmaqla 83 nəfər ölüb. Ən azı 500 nəfər yaralanıb. Azərbaycanlı millətçilərin bildirdiyinə görə isə, ölənlərin sayı yüzlərlədir," xəbərdə deyilir. Həmçinin qeyd olunur ki, ermənilərin ardından rus və ukraynalılar da cavab tədbirlərindən ehtiyatlanaraq şəhəri tərk edirlər. Bakı doğumlu, yarı erməni əsilli şahmat çempionu Harri Kasparovun isə qırğına görə cənab Qorbaçovu günahlandırdığı qeyd olunur.

Financial Times, 22 yanvar 1990

Financial Times qəzeti də 22 yanvar sayında yazır ki, azərbaycanlı millətçilər tərəfindən nəzəratə götürülmüş Bakıdakı televizya stansiyası cümə günü partaldılıb, yayımlar hələ də bərpa olunmayıb. "Eyni zamanda Kommunit Partiyasının minlərlə azərbaycanlı üzvü öz partiya biletlərini ya yandırır, ya da geri qaytarırlar," xəbərdə deyilir.

Xalqımızın yaddaşına qanlı faciə kimi daxil olan 20 Yanvar hadisəsi milli tari­ximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Qanlı Yanvar faciəsi ulu öndər Heydər Əliyevin "20 yanvar faci­əsinin dördüncü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fər­ma­nı ilə öz siyasi qiymətini aldı. Məhz 20 Yanvar faciəsindən başlayaraq Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyünü və milli haqla­rı­mıza obyektiv yanaşmanın nümayiş olunması ilə bağlı inamını birdəfəlik itirdi.

Qanını, canını vətən uğrunda fəda edən, sözündə yox, əməlində vətənpərvərliyini sübuta yetirən şəhidlərimizin ruhu şad olsun!

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR