Şimali Koreya lideri ƏMR VERDİ: ABŞ-ın mövqelərini vura biləcək raketlər hazırlanır

Şimali Koreya ABŞ prezidenti Donald Trampın hakimiyyəti illərində təxirə saldığı nüvə raketlərinin testlərini davam etdirəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi agentliyi məlumat yayıb. Bildirilir ki, ölkə lideri Kim Çen In hakim Koreya Əmək partiyasının liderləri ilə toplantı keçirib. Toplantıda ABŞ-ın düşməncə həmlələrinə qarşı ölkənin hərbi imkanlarını gücləndirmək üçün plan hazırlanıb.

Plana görə, Şimali Koreya uzun mənzilli raketlərin də testlərinə başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR