Türkiyə səfirliyindən 20 Yanvar faciəsi ilə bağlı paylaşım -

Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları 20 Yanvar faciəsinin 32-cü ildönümü münasibəti ilə Şəhidlər xiyabanını ziyarət edib.

Metbuat.az xəbər verir ki, bu barədə səfirliyin Tvitter səhifəsində paylaşım edilib.

“20 Yanvar Ümumxalq Hüzn Günü münasibəti ilə səfirlik əməkdaşlarımız Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin məzarları üzərinə tər qərənfillər qoyublar”, - paylaşımda qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR