Heç vaxt görünməmiş sirli obyekt AŞKAR EDİLDİ:

Astronomlar Yerdən 4 min işıq ili uzaqlıqda olan və Süd Yolu qalaktikasında daha əvvəl heç vaxt görünməmiş obyekt kəşf ediblər.

Metbuat.az xəbər verir ki, tədqiqatçılar fırlanan obyektin hər 18 dəqiqədən bir radio siqnalı göndərdiyini bildiriblər.

"Müşahidələrimiz zamanı o, bir neçə saat ərzində peyda oldu və yox oldu. Bu tamamilə gözlənilməz oldu. Bu, astronom üçün bir az qorxulu idi, çünki səmada bunu edən başqa heç bir şey məlum deyildi", - deyə bəyanatda qeyd edilir.

Alimlər onu da açıqlayıblar ki, cism Yerdən təxminən 4000 işıq ili uzaqdaır. O, inanılmaz dərəcədə parlaq və son dərəcə güclü bir maqnit sahəsinə sahibdir. Digər tərəfdən, tədqiqatçılar obyektin neytron ulduzu və ya ağ cırtdan ola biləcəyini də bildirsələr də hələlik bu barədə tam dəqiq bir məlumat yoxdur.


Kosmosda indiyədək heç vaxt görünməyən sirli obyekt aşkar edilib: O, hər 18 dəqiqədən bir radio siqnalı göndərir - Şəkil: 9



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR