x
Loading...

Tanışlıq saytından sevgili tapıb sonra sionidlə zəhərləyirdi - Qurbanlarının varidatını mənimsəyən 74 yaşlı “Qara Dul” KİMDİR?

O, yaşlı qurbanlarla bir-birinin ardınca tanış olmaq üçün tanışlıq agentliyindən istifadə edirdi. Daha sonra onlarla sevgili olaraq sevgililərini zəhərləyirdi.

Metbuat.az Yaponiyanın “Qara Dul” adlandırılan qatili barədə maraqlı faktları təqdim edir.

Death penalty set for Japan's 'Black Widow'

Çisako Kakehi dörd dəfə ərdə olub və onun bütün həyat yoldaşları şübhəli səbəblərdən vəfat ediblər. Lakin dördüncü ərinin zəhərlənmə səbəbini sübut etmək mümkün olub.

2013-cü il idi və o, Yapon tanışlıq agentliyi vasitəsilə tanış olduğu 67 yaşlı dul qadın Çisako Kakehi ilə evlənən İsao Kakehi heç düşünməzdi ki, o yeni ilə qədər yaşamayacaq.

Cütlük tanış olduqdan sonra iki ay ərzində cütlük evlənərək Kyotonun Muko şəhərində xoşbəxt görünən həyata başladı. Amma 75 yaşlı İsao sağlam və çox aşiq olmasına baxmayaraq dekabrın 28-də o Yaponiyanın “Qara Dul” qatilinin dördüncü və son qurbanı oldu. Cinayətlər 2007-ci ildə, o, 61 yaşındaykən başlayıb, lakin İsao Kakehinin ölümü 2014-cü ildə həbsi ilə nəticələnən polis araşdırmasına səbəb olana qədər o, şübhədən xilas olub. Müstəntiqlər 20 noyabr 2014-cü ildə Yaponiyanın Muko şəhərində Çisako Kakehi və onun mərhum əri İsaonun evində axtarış aparırlar.

2017-ci ildə Yaponiyanın ən uzun məhkəmələrinin birindən sonra o, ölüm cəzasına məhkum edilib. Hökmün ləğvi ilə bağlı müraciət olunsa da 2021-ci ilin iyununda buna rədd cavab gəlib.


Yaponiyada məşhurlaşan bir qadın üçün Çisako Kakehinin şəxsi həyatı haqqında ictimaiyyətə çox az şey məlumdur.

Yaponiyanın cənub-qərbindəki Saqa prefekturasında anadan olan Kakehi poliqrafiya fabrikində işləyirdi və ilk əri ilə 1969-cu ildə, 23 yaşında olarkən evlənib. Onların evliliyi onun ərinin 1994-cü ildə xəstəlikdən ölümünə qədər 25 il davam etdi. 2007-ci ilə qədər qadın, 78 yaşlı Toshiaki Suehiro ilə münasibət qurmuşdu. 2007-ci il dekabrın 18-də günortadan sonra Kakehi Suehiro nahardan sonra qəflətən halı pisləşir. Təcili yardım gələn zaman o artıq nəfəs almağı dayandırmaq ərəfəsində idi. Xəstəxanada həkimlər onun daxili asfiksiyadan əziyyət çəkdikdən sonra ölümə yaxın olduğunu müəyyən ediblər. Məlum olur ki qida əlavəsi kimi qəbul etdiyi vitaminlərdən birinə siyanur kapsulu qarışıb.

Suehiro sağ qalsa da Kakehinin dörd qurbanından bunu edən yeganə adam idi. Amma yaşlılıq səbəbindən o, bir il yarım sonra əlaqəsi olmayan xəstəlikdən dünyasını dəyişir .

Bundan sonra isə “Qara Dul” növbəti üç qurbanı üçün planlar qurmağa başlayır.

Qadının ifşa olunmamasına səbəb Yaponiyada yarılmaların nadir hallarda olması idi. Buna görə də onun keçmiş partnyorlarının ölümləri o zaman diqqətdən kənarda qalmışdır.

Lakin İsao Kakehinin ölümü onun ürəyində, qanında və mədəsində ölümcül miqdarda sianid ionlarının, eləcə də mədəsində eroziya aşkar edilən yarılma üçün kifayət qədər şübhəli hesab edildi. Onun ölümündən bir neçə gün sonra səlahiyyətlilər, Kakehinin mənzilində sağlamlıq əlavələri həbləri və boş kapsullar tapdılar - onun sağlamlıq əlavələrini boşaltdığını və onları toz halına salınmış siyanidlə doldurduğu barədə fikir irəli sürüldü. Bir neçə ay ərzində aparılan sorğu-suallardan sonra Kakehi nəhayət üç sevgilisini Honda, Hioki və Suehironu sianid kapsulları ilə zəhərlədiyini etiraf etdi.

Polis həmçinin Kakehinin ittiham olunduğu üç nəfərlə yanaşı, daha dörd kişinin qətlində də əlaqəsi olduğuna inanırdılar. Lakin prokurorlar sonda, kifayət qədər dəlil olmadığı üçün onu ittiham etməkdən imtina ediblər.

Çisako Kakehini daşıyan polis maşını 30 yanvar 2015-ci ildə Yaponiyanın Osaka şəhərindəki həbsxanadan çıxır.

Məhkəmə istintaqı zamanı qadınla bağlı bəzi nüansları ortaya çıxarıb. Belə ki, daha əvvəl milyonlar sahibi olan Çisako Kakehi sonradan bütün sərvətini itirib. Bundan sonra yaşlı və xəstə insanlarla münasibət qurmağa başlayıb. Qadın niyyətini rahat həyata keçirə bilmək üçün özəlliklə, varlı və uşağı olmayan kişilərə üstünlük verdiyini deyib.
Faktla bağlı məhkəmə prosesi noyabr ayında başa çatıb.

Məhkəmə hesab edir ki, “Qara Dul”a pul hərisliyi güc gəlib, ona etibar eləmiş qurbanlarını da bu məqsədlə öldürüb. Acgöz qadın 10 il ərzində 8,8 milyon dollar ələ keçirib. Onun evində öldürdüyü şəxslərin bəzi əşyaları tapılıb. Yapon mediası bildirir ki, Qara Dul: "Onu öldürdüm, çünki başqa qadınlara milyonlar verdi, məndənsə əsirgədi” deyib.

Məhkəmədə “Qara Dul” son nitqində bildirib: “Asılsam, gülərək öləcəm”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR